• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Birləşən bələdiyyələr əhalisinin sayı ən çox olan kəndin adını daşıyacaq

CƏMİYYƏT

27 Fevral 2024 | 13:13

Birləşən bələdiyyələr əhalisinin sayı ən çox olan kəndin adını daşıyacaq

Yaranan bələdiyyənin adı birləşən bələdiyyələr arasında əhalisinin sayı ən çox olan bələdiyyənin adına uyğun müəyyən ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, Milli Məclis əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyədə yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla həmin bələdiyyənin digər bələdiyyə ilə birləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə qərar qəbul edəcək. Yaranan bələdiyyənin adı birləşən bələdiyyələr arasında əhalisinin sayı ən çox olan bələdiyyənin adına uyğun müəyyən ediləcək


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026