• Bakı 21° C

    1.43 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Blinken Kleverlə Qəzzanı müzakirə etdi

DÜNYA

29 Oktyabr 2023 | 22:18 | Müəllif: Subhan Mahmudov

Blinken Kleverlə Qəzzanı müzakirə etdi

ABŞ dövlət katibi Entoni Blinken Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə telefon söhbətində Fələstin-İsrail münaqişəsinin yayılmasının qarşısının alınması, girovların azad edilməsi ilə bağlı tədbirləri müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

"Blinken və Kleverli İsrailin özünümüdafiə hüququnu təsdiqləyib, münaqişənin yayılmasının qarşısını almaq və girovların azad edilməsini təmin etmək üçün regional tərəfdaşlarla işləri müzakirə ediblər",- məlumatda deyilir.

Qeyd olunur ki, Blinken və Kleverli həmçinin Qəzzada mülki əhaliyə sabit humanitar yardımın təmin edilməsinin vacibliyinə işarə ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026