• Bakı 12° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.9576

    RUB - 2.1644

BMT: İİV-lə mübarizə son onilliklərin ən ciddi böhranı ilə üz-üzədir. 

DÜNYA

26 Noyabr 2025 | 12:57

BMT: İİV-lə mübarizə son onilliklərin ən ciddi böhranı ilə üz-üzədir. 

Birləşmiş Millətlər Təşkilatının HİV/AİDS üzrə Birgə Proqramının (UNAIDS) yeni hesabatına əsasən, İİV-ə qarşı qlobal mübarizə onilliklərin ən ciddi böhranı ilə üzləşir.

Bakıvaxtı.az UNAIDS-ın hesabatına istinadn xəbər verir ki, hazırda 40,8 milyon insan HİV-lə yaşayır. 

2024-cü ildə 1,3 milyon yeni yoluxma halı qeydə alınıb, 9,2 milyon insan hələ də lazımi müalicəni almayıb.

2025-ci ildə beynəlxalq yardımın kəskin azalması İİV-ə qarşı mübarizədə maliyyə çatışmazlığını daha da artırıb. İİV-ə yoluxma hallarının xüsusilə yüksək olduğu aşağı və orta gəlirli ölkələr ən həssas ölkələrdir. 

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hesablamalarına görə, 2025-ci ildə səhiyyə sistemlərinə xarici dəstək 2023-cü illə müqayisədə 30-40% azalıb ki, bu da artıq əhəmiyyətli pozuntulara səbəb olub. 

UNAIDS-in İcraçı Direktoru Vinni Byanyima vurğulayıb ki, sözügedən hesabatdakı hər rəqəmin arxasında sınaqdan keçirilməyən və erkən İİV diaqnozu qoyulmayan körpələr və uşaqlar var.

UNAIDS xəbərdarlıq edir ki, mövcud tendensiya davam edərsə və dünya ictimaiyyəti 2030-cu il Qlobal Strategiyasında müəyyən edilmiş İİV hədəflərinə nail ola bilməsə, 2025-2030-cu illər arasında yeni infeksiyaların sayı cari proqnozları 3,3 milyon nəfər keçə bilər.

Gülşən Şərif


SON XƏBƏRLƏR

25 Noyabr 2025