Böyük Britaniya İranın Kosmik Agentliyinin rəhbərinə və ölkənin bir neçə generalına qarşı sanksiyalar tətbiq edib.
Bakıvaxtı.az xəbər verir ki, Böyük Britaniya hökumətinin saytında bildirilib.
Məlumata görə, İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı general-leytenant Əbdülrəhim Musəvinin, briqada generalı Məhəmməd Hüseyn Dadrasın, İran Hərbi Hava Qüvvələrinin komandanı Həmid Vahidinin, İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat xidmətinin rəhbəri Məhəmməd Kazeminin, kontr-admiral Həbibullah Səyyari və briqada generalı Əli-Məhəmməd Naininin Böyük Britaniyaya girişi qadağan edilib.
Mina Mikayılova
















