• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Britaniyalı diplomat istefa verdi - İsrailə görə

DÜNYA

19 Avqust 2024 | 10:44 | Müəllif: Gülşən Şərif

Britaniyalı diplomat istefa verdi - İsrailə görə

İngiltərənin Dublindəki səfirliyinin diplomatı Mark Smit ölkəsinin İsrailə silah satışının davam etməsinə etiraz olaraq tutduğu vəzifədən istefa verib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

O, paylaşımında Britaniya Xarici İşlər Nazirliyinin müharibə cinayətlərində şərik olduğunu bildirib.

İstefasından peşman olduğunu, lakin hərbi cinayətlərdə əməkdaşlıq edən bir qurumda işləyə bilmədiyini vurğulayan Smit, daha əvvəl Yaxın Şərq və Şimali Afrikaya silah ixracı lisenziyaları ilə bağlı nazirliyin bölməsində çalışdığını qeyd edib:

"Hər gün İsrailin Qəzzada törətdiyi hərbi cinayətlərin və beynəlxalq humanitar hüququn pozulmasının şahidi oluruq. İsrail hökumətinin və ordusunun öndə gedən simaları soyqırım niyyətlərini açıq şəkildə nümayiş etdirir, mülki yerləri qəsdən yandırır, məhbuslara işgəncə verir". 

Qəzzada təhlükəsiz yer qalmadığını bildirən Smit əlavə edib ki, Qırmızı Xaç təcili yardım maşınlarına hücum edilir, məktəblər və xəstəxanalar müntəzəm olaraq hədəfə alınır. Bunlar isə müharibə cinayətləridir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026