• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Bu dəyişiklik həm də interneti daha keyfiyyətli, əlçatan edəcək" - İKT üzrə ekspert

İQTİSADİYYAT

13 Oktyabr 2021 | 12:17

"Bu dəyişiklik həm də interneti daha keyfiyyətli, əlçatan edəcək" - İKT üzrə ekspert

Bu günlərdə rabitə və informasiya texnologiyaları sahəsində tənzimləmə ilə bağlı məsələlərə aydınlıq gətirildi. 

Belə ki, Prezidentin fərman ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılıb, həmçinin İKT sahəsində, radiospektr sahəsində tənzimləməni həyata keçirəcək İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, Rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkilini, əlaqələndirilməsini, həyata keçirilməsini təmin edən, innovasiya yönümlü elmi tədqiqatları və innovativ layihələri, o cümlədən startapları təşviq edən, dəstək verən və innovasiya təşəbbüskarlığını təbliğ edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yaradılıb.

İKT üzrə ekspert Elvin Abbasov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, nazirliyin ad dəyişikliyi və bu adın ifadə etdiyi yeni öhdəliklər, yeni quruculuq işlərində texnologiyanın ön planda olacağını ifadə edir.

“Prezident İlham Əliyevin oktyabrın 11-də imzaladığı fərmanı dövlət başçısının 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiqlənmiş "Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq təkmilləşmə mərhələlərinin ardıcıllığı hesab edə bilərik .

Sözügedən fərmana əsasən, yeni nazirliyin tərkibində 4 publik hüquqi şəxs fəaliyyət göstərəcək. Bu dəyişiklik qurumun fəaliyyətinin hər sahədə yeni mərhələlərə keçidini təmin edəcək, rəqəmsallaşmanın tətbiq sahəsinin genişlənməsinə töhfə verəcək. Əsas hədəflərdən biri mühitin münbitləşməsi, sağlam rəqabət üçün əlverişli şəraitin formalaşmasıdır. Bu istiqamətdə atılan bütün addımlar gələcəyə hədəflənmiş geniş miqyaslı layihələrin uğurla nəticələnməsində böyük rol oynayacaq.

Birləşmələr fonunda yaranacaq Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyinin də üzərinə böyük məsuliyyət düşür. Rəqəmsal transformasiyanın sürətləndirilməsini, xidmət və keyfiyyətin müasir standartlara çatdırılmasını təmin etmək kimi bir sıra böyük öhdəliklər bu agentliyin vəzifələri sırasındadır. Düşünürəm ki, rəqəmsal hökumətin inkişafını, bu istiqamətlərdə yaranacaq məhsulların səmərəliyini və fəaliyyətlərin təşkilini yeni agentliyin əsas missiyası hesab etmək olar.

Bu dəyişiklik həm də interneti daha keyfiyyətli, əlçatan edəcək. Nazirliyin internetlə bağlı 2024-cü ilə olan hədəfinə çatacağını, bu istiqamətdə dövlət-özəl sektoru tərəfdaşlığı ilə apardığı layihənin uğurla başa çatacağını demək olar”, - deyə E.Abbasov bildirib. 

Qeyd edək ki, bu fərmandan sonra radiotezlik spektri sahəsində 3 qurum fəaliyyət göstərəcək: Dövlət Radiotezliklər Komissiyası, NRYTN-nin Dövlət Radiotezliklər İdarəsi və yeni yaranan İKT Agentliyi. Fərmana əsasən ötən illər ərzində öz fəaliyyətini qura bilməyən NRYTN-nin İnnovasioya Agentliyi ləğv edilib onun əsasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin yaranıb.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026