• Bakı 25° C

    3.62 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.3231

Bu evdən Türkiyədə 2 dənədir - FOTOLAR

DÜNYA

10 Iyun 2026 | 13:36

Bu evdən Türkiyədə 2 dənədir - FOTOLAR

Türkiyənin Bursa vilayətinin İnegöl rayonundakı naraqlı bina həm yerli sakinlərin sosial məkanı kimi istifadə olunur, həm də bölgəyə gələn turistlərin diqqətini cəlb edir.

Bakıvaxtı.az yerli mətbuata istinadla xəbər verir ki, İnegöl rayonunun Eski Bahçekaya kəndində, daha dəqiq desək, Tahtaköprü və Eski Bahçekaya kəndlərini birləşdirən yolun üzərində tikilib.

Təxminən 50 il əvvəl tikilən bu evin maraqlı tarixçəsi var. Belə ki, ərazidə uyğun düz sahə tapılmadığı üçün evi iki kəndi birləşdirən yolun üzərində tikmək məcbiriyyətində qalıblar. 1978-ci ildə inşa edilən bina beton sütunlar üzərində qurulub və yol birbaşa onun altından keçir.

Kənd muxtarı Hayat Nuri Aslan bildirib ki, bina sonradan bərpa olunub və hazırda da aktiv şəkildə istifadə edilir:

“48 ildir kənd sakinləri burada toplaşır, çay içib söhbət edirlər. Hər həftə müxtəlif görüşlər keçirilir”.

Muxtar əlavə edib ki, bu tip tikililər Türkiyədə çox nadirdir:

“Bənzər bir nümunə yalnız Rizedə var. Gələn turistlər çox təəccüblənir və şəkil çəkdirirlər”.

Kənd sakinləri isə bildirirlər ki, xüsusilə turistlər yolun binanın altından keçdiyini görəndə təəccüblənirlər:

“İnsanlar bəzən yanlış yola düşdüklərini düşünür, evin altından keçdiklərini deyirlər”.

Qeyd edək ki, kənd binası hazırda həm sosial görüş məkanı, həm də turistlərin maraq göstərdiyi qeyri-adi memarlıq nümunəsi kimi fəaliyyətini davam etdirir.

Zümrüd Abidqızı

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Iyun 2026