"Bu həftə Merkuri ilə Yupiter arasında üçbucaq yaranacaq. Bunun da həyatımıza təsiri 3 gün müddətində özünü büruzə verəcək və bu həftə möhtəşəm keçəcək".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məşhur astroloq Dinçər Günər sosial şəbəkə hesabında məlumat yayıb.
O, həftə ərazində baş verə biləcək hadisələri qısa şərh edib.
Onun sözlərinə görə, gələcək üçün hədəflər qoymaq və hərəkətə keçmək üçün ən yaxşı vaxtdır: “Bu bucağın təsiri ilə biz həddindən artıq optimist olmağa meylliyik. Fikirlər səlis ifadə olunur. Bu günlərdə söhbətlərimizdə fəlsəfə, iman, təhsil və dinlə bağlı çoxlu mövzular ola bilər. Ola bilər ki, eyni vaxtda bir neçə problemlə məşğul ola bilək".
Astroloq əlavə edib ki, evlilik üçün ailələri tanıtmaq, müqavilə tələb edən məsələləri həll etmək, səyahətə çıxmaq, iş görmək üçün addımlar atmaq, təhsilə başlamaq, xaricdə mühüm əməliyyatları idarə etmək üçün çox ideal vaxtlardır: "Yüksək ifadə gücünə sahib ola bilərsiniz, təsirli danışın və başqalarına təsir edə bilərsiniz. Bu müddət ərzində öyrənməyə marağınız arta bilər. Fərqli mövzulara və ya mədəniyyətlərə marağınız arta bilər və bu müddət ərzində yeni şeylər öyrənmək imkanları ilə qarşılaşa bilərsiniz".
D.Günər sonda qeyd edib ki, bu bir neçə gündə gözəl xəbərlər ala və verə bilərsiniz. Karyera və maliyyə məsələlərində fürsətləriniz arta bilər. Həmçinin, xarici bizneslə, yeni kommersiya əlaqələri və yeni müştərilərlə qarşılaşa bilərsiniz.
Xəyalə Rza





jpg-1698221126.webp)

jpg-1698219777.webp)








