• Bakı 26° C

    3.44 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Bu il Çin-Avropa yük qatarlarının sayı 10 mini keçib

İQTİSADİYYAT

10 Iyul 2024 | 15:34

Bu il Çin-Avropa yük qatarlarının sayı 10 mini keçib

"Bu il Çin-Avropa yük qatarları ilə 1,08 milyondan çox standart konteyner (TEU, 20 fut konteyner ekvivalenti) daşınıb".

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə Çin Dəmir Yolları Korporasiyası  (KZD) açıqlama verib.

Açıqlamada qeyd olunub ki, bu il yük qatarlarının sayında 11 faizlik artım  müşahidə olunub. 

Bu günə qədər Çin-Avropa marşrutları Avropanın 25 ölkəsinin 224 şəhərini və 11 Asiya ölkəsinin 100-dən çox şəhərini əhatə edib. Ənənəvi yük qatarları ilə müqayisədə planlaşdırılmış qatarlar bütün marşrut boyu müəyyən edilmiş qrafikə ciddi şəkildə əməl edir ki, bu da xidmətin dayanıqlığını və səmərəliliyini artırır.

Gülşən Şərif


SON XƏBƏRLƏR

28 Iyul 2024