• Bakı 7° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Bu ölkə nüvə silahı istehsalını artıracaq

DÜNYA

19 Iyun 2023 | 09:49

Bu ölkə nüvə silahı istehsalını artıracaq

Şimali Koreya nüvə silahı istehsalını artıracaq.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri Kim Çen In deyib.

Onun sədrliyi ilə keçirilən hakim Əmək Partiyasının iclasında beynəlxalq dəyişikliklərə cavab olaraq ölkənin müdafiə və diplomatik strategiyaları müzakirə edilib.

Ölkə rəhbəri müdafiə sənayesini silahların inkişafına və nüvə qüvvələrinin gücləndirilməsinə yönəlməyə çağırıb.

Bildirilib ki, hakim partiya güclü nüvə silahlarının istehsalını artırmağa hazır olduğunu açıq şəkildə bəyan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR