• Bakı C

    3.46 m/s

  • USD - 1.7

    EUR - 1.9964

    RUB - 2.1129

Bu ölkədə analıq və atalıq məzuniyyətinin müddəti uzadıldı

CƏMİYYƏT

19 Dekabr 2025 | 12:32

Bu ölkədə analıq və atalıq məzuniyyətinin müddəti uzadıldı

Fransada analıq və atalıq məzuniyyətinin müddəti uzadılıb. 2026-cı ilin yanvar ayından etibarən doğulan körpənin hər iki valideyni bundan faydalana biləcək.

Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə Fransa parlamenti qanun qəbul edib.

Hər valideyn üçün bir-iki aylıq əlavə məzuniyyət veriləcək ki, bu məzuniyyət mövcud analıq və atalıq məzuniyyətinə əlavə olaraq nəzərdə tutulur. Həmçinin yeni güzəşt mövcud valideynlik məzuniyyətindən daha yüksək kompensasiya ilə təmin edilir.

Fransada hazırda mövcud analıq məzuniyyəti 16 həftə, atalıq məzuniyyəti isə 28 gündür.

Səhiyyə naziri Stefani Rist “Franceinfo”ya bildirib ki, bu məzuniyyəti fransızlar çox səbirsizliklə gözləyirlər:

“Əlbəttə ki, biz qanuna hörmətlə yanaşacağıq, amma buna nail olmaq üçün texniki problemlərimiz də var. Hər çətinliyə rəğmən biz bunu edəcəyik”.

Qeyd edək ki, kompensasiyanın məbləği fərmanla müəyyən edilməlidir, lakin parlament müzakirələri zamanı icra hakimiyyəti ilk ayda xalis əmək haqqının 70%-ni, ikinci ayda isə 60%-ni təşkil edəcəyini vəd edib.

Aydın Baxış


SON XƏBƏRLƏR