• Bakı 8° C

    0.17 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bu rayonun baş memarına cinayət işi açıldı

HADİSƏ

11 Noyabr 2021 | 20:08

Bu rayonun baş memarına cinayət işi açıldı

Salyanın baş memarı, rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri barəsində cinayət işi başlanılıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki,  Hüseynov Teyyub Safalı oğlu bir sıra qanun pozuntularında ittiham olunur.

İş üzrə aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İlkin Abdullayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası noyabrın 23-nə təyin edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026