• Bakı 19° C

    6.41 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Bu şəxslər üçün koronavirus daha təhlükəlidir

CƏMİYYƏT

16 Avqust 2022 | 10:59

Bu şəxslər üçün koronavirus daha təhlükəlidir

"Koronavirus qripin və əksər hallarda zökəmin törədicisi viruslardır. Bu xəstəliklərin hər üçünün simptomları oxşar olsa da, onları bir-birindən ayırmaq mümkündür".

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Günay İsmayılova bildirib.

Ekspert deyib ki, həm koronaviruslu xəstələrdə, həm də kəskin respirator infeksiyalara yoluxmuş xəstələrdə ümumi zəiflik, bədən hərarətinin yüksəlməsi, boğaz ağrısı, öskürək müşahidə olunur. Amma COVID-19 xəstəliyin ilkin mərhələsində kəskin respirator infeksiyalara yoluxduqda görünməyən bəzi simptomlar müşahidə oluna bilər: qoxu və dad itkisi, ayaqların aşağı hissəsində səpkilər. Bu şikayətlər bütün COVID -19 infeksiyasına yoluxmuş insanlarda müşahidə olunmur. Ona görə də bu əlamətlərin olmaması COVID-19 diaqnozunu inkar etmir.

G.İsmayılova qeyd edib ki, qrip də simptomlara görə koronavirusa bənzəyir: "Amma bəzi fərqlər də var. Belə ki, qrip xəstənin vəziyyətinin kəskin pisləşməsi ilə xarakterizə olunur, COVID-19 zamanı isə simptomların şiddəti tədricən artır. Bütün bu deyilənlərə baxmayaraq, xəstəliyi müəyyən etmək üçün xüsusi laboratoriya müayinələri aparmaq çox vacibdir".

Ekspert onu da deyib ki, koronavirus infeksiyası ağırlığına görə müxtəlif formalarda keçə bilər: asimptomatikdən çox ağır dərəcəyə qədər irəliləyə bilər. Onun sözlərinə görə, sübut olunub ki, xroniki xəstəliklərdən əziyyət çəkənlər və yaşı 65-dən yuxarı olan şəxslər üçün koronavirus infeksiyası daha təhlükəlidir.

"Ümumiyyətlə, bütün xroniki xəstəlikləri olanlar üçün koronavirus infeksiyası təhlükəlidir. Ona görə də bu qrupda olanlar səhhətlərinə qarşı xüsusi diqqətli olmalı və daha ciddi profilaktik tədbirlər görməlidirlər. Belə ki, yanaşı xəstəlikləri, yaşı 65-dən yuxarı risk qrupuna daxil olanların səhhətində hər hansı şübhəli bir hal baş verərsə mütləq həkimlə əlaqə saxlamaları vacibdir", -deyə Günay İsmayılova qeyd edib.

Aytac Aslan


SON XƏBƏRLƏR

24 Aprel 2024