• Bakı C

    7.58 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Bu şirkətlərin adından saxta mesajlar göndərilir - XƏBƏRDARLIQ

MULTİMEDİA

22 Sentyabr 2023 | 18:18

Bu şirkətlərin adından saxta mesajlar göndərilir - XƏBƏRDARLIQ

Son zamanlar kiberdələduzlar tərəfindən müxtəlif tanınmış beynəlxalq şirkətlər adından vətəndaşlara saxta kampaniyalar və passiv gəlir əldə etməklə bağlı mesajlar göndərilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Məlumatda qeyd olunub ki, növbəti mərhələdə kiberdələduzlar müxtəlif saxta veb səhifələr yaradaraq, vətəndaşlardan öz fərdi məlumatlarını və bank kartı məlumatlarını təqdim etməyi tələb edir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə aldanmamağı, tanımadıqları şəxslərdən gələn şübhəli keçidlər vasitəsilə fərdi məlumatlarını, eləcə də bank kartı məlumatlarını daxil etməməyi tövsiyə edir. Vətəndaşlar hər hansı şirkət və qurum adından belə təkliflər aldıqda ilkin olaraq həmin müəssisə ilə əlaqə saxlamalı və yaxud qurumun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyünü dəqiqləşdirməlidirlər.


SON XƏBƏRLƏR

21 Dekabr 2024