• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bu tarixdən etibarən Bakı-Mahaçqala uçuşları başlayır

İQTİSADİYYAT

03 Mart 2023 | 14:10 | Müəllif: Qalib İbrahimoğlu

Bu tarixdən etibarən Bakı-Mahaçqala uçuşları başlayır

“AZAL” QSC-nin tərkibinə daxil olan “Buta Airways” aviaşirkəti martayından etibarən Bakıdan Mahaçqalaya və əks istiqamətdə uçuşlar yerinə yetirməyə başlayacaq.

Bu barədə Bakıvaxtı.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, aviaşirkətin Bakı-Mahaçqala-Bakı marşrutu üzrə ilk reysi martın 15-də həyata keçiriləcək. “Buta Airways” aviaşirkəti bu istiqamətdə həftədə 3 dəfə – bazar ertəsi, çərşənbə və cümə günləri uçuşlar həyata keçirəcək.

Mahaçqala Xəzər dənizinin sahilində yerləşən, mədəni və tarixi əhəmiyyəti ilə səyahətçiləri cəlb edən bir şəhərdir.

“Buta Airways”in bütün planlaşdırılmış reyslərinə aviabiletləri aviaşirkətin www.butaairways.az rəsmi internet saytından və ya mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026