• Bakı 19° C

    1.47 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Bu virus xərçəng hüceyrələrini öldürür

CƏMİYYƏT

23 Sentyabr 2022 | 12:07 | Müəllif: Qalib İbrahimoğlu

Bu virus xərçəng hüceyrələrini öldürür

Tibbdəki irəliləyişlər həyatımızı günü-gündən kabusa çevirən xəstəliklər üçün yeni ümidlər yaradır.

Bakıvaxtı.az xəbər verir ki, İngiltərədəki son araşdırmalardan biri, hər il saysız-hesabsız insanın həyatına son qoyan xərçəngi müalicə edə biləcəyi üçün çox danışılıb. Xərçəng hüceyrələrinə təsir edərək onları öldürən yeni bir Xərçəng Terapiyası növü ilk insan sınaqlarında ümidverici nəticələr göstərib. İngiltərə alimlərinin verdiyi açıqlamaya görə, xərçəng xəstəsinin bütün xərçəng hüceyrələri məhv edilib, digərlərinin xərçəng şişləri isə kiçilib.

Virus herpes virusunun zəifləmiş formasıdır; formanın üzərində şişləri öldürməsi üçün işlənilib. Müalicənin həqiqətən işlədiyini görmək üçün daha uzun və daha geniş tədqiqatlara ehtiyac var.

Lakin BBC-nin sağlamlıq redaktoru Mişel Robertsin spzlərinə görə, bu mərhələdə, ekspertlər virusların xərçəng xəstələrinə yeridildiyi təqdirdə, hətta irəliləmiş xərçəng xəstələrinin də sağalma ümidinin ola biləcəyini deyir. Tədqiqat Böyük Britaniya Milli Səhiyyə Xidmətinin (NHS) Kral Marsden Fondunun Xərçəng Araşdırma İnstitutu tərəfindən aparılır.

Londonun qərbində yaşayan 39 yaşlı Krzysztof Vojkovski tədqiqatın davam edən mərhələsində iştirak edən xəstələrdən biridir. 2017-ci ildə ağız nahiyəsindəki tüpürcək vəzlərində xərçəng diaqnozu qoyulan Vojkovski bir çox əməliyyat və müalicələrə baxmayaraq, xərçəngə qalib gələ bilməyib. Əksinə, xəstəlik daha da irəliləyib. “Mənə dedilər ki, başqa yolum yoxdur, indi reanimasiyadayam. Bu, sarsıdıcı bir vəziyyət idi, ona görə də bu tədqiqatda iştirak etmək şansının verilməsi inanılmaz idi”.

Virus müalicəsinin qısa bir mərhələsində bədənindəki bütün xərçəng hüceyrələrinin təmizləndiyi görülüb: “İki həftədən bir iynə vuruldu, cəmi beş həftə çəkdi. Artıq iki ildir ki, mənim bədənimdə xərçəng hüceyrələri yoxdur”.

Birbaşa şişə edilən iynələr xərçəng hüceyrələrinə iki yolla hücum edir: O, xərçəng hüceyrələrini əhatə edir və partladır; Sonra immunitet sistemini aktivləşdirir. Təxminən 40 xəstənin iştirak etdiyi tədqiqatlarda bəzi xəstələrə RP2 adlı bu dəyişdirilmiş herpes virusu birbaşa vurulub. Digər xəstələrə bu iynələrlə qəbul etdikləri xərçəng dərmanları verilməyə davam edib. Əldə edilən nəticələrə görə, yalnız RP2 verilən doqquz xəstədən üçündə şişlər kiçilib, xərçəng dərmanını qəbul etməyə davam edən 30 xəstədən yeddisində müalicə müsbət nəticə verib. Sadəcə yorğunluq kimi yan təsirlər çox az hiss olunub.

Araşdırma qrupunun rəhbəri prof. Kevin Harrinqton BBC-yə bildirib ki, müalicənin nəticələri “həqiqətən təsir edicidir”. Bildirib ki, o, bəzi inkişaf etmiş xərçəng növlərini də müalicə edib: “Klinik tədqiqatın çox erkən mərhələsində ilk addımda belə müsbət nəticələri görmək çox həyəcanvericidir. Müalicəsi dayandırılan xəstələrdə də müsbət nəticələr əldə etmişik. Tədqiqatda iştirak edən xəstələrin sayı artdıqca müsbət nəticələr əldə etməyə davam edib-etməyəcəyimizi səbirsizliklə gözləyirəm”. Bu, əslində alimlərin xərçənglə mübarizə üçün viruslardan istifadə etdikləri ilk dəfə deyil. Bir neçə il əvvəl NHS T-Vec adlı inkişaf etmiş dəri xərçəngi üçün soyuq virusa əsaslanan müalicəni təsdiqləmişdi.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR