• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Cənubi Koreyadan iddia: Şimali Koreya sərhəddəki yolları partladıb

DÜNYA

15 Oktyabr 2024 | 10:30 | Müəllif: Gülşən Şərif

Cənubi Koreyadan iddia: Şimali Koreya sərhəddəki yolları partladıb

Şimali Koreya hərbçiləri Kenison və Donghae xətti boyunca ölkələr arasında hərbi demarkasiya xəttinin şimalında yolların hissələrini partladıblar. 

Bakıvaxtı.az Yonhap agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya silahlı qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi (JCS) bəyanat yayıb.

"Şimali Koreyanın Gyeonggui xətti ilə Donghae xətti arasındakı Koreyalararası birləşdirici yolu zədələməsi Koreyalararası quru yolu tamamilə kəsmək və istehkamlar qurmaq niyyəti kimi şərh edilir", - deyə agentlik qeyd edib.

Qeyd edək ki, bir neçə gün öncə Cənubi Koreya ordusu Şimali Koreya tərəfinin yollar boyunca ekranlar quraşdırdığını qeydə almışdı. Birinci xətt Kaesong və Paju şəhərləri arasında keçir və Koreya yarımadasının qərbində, ikincisi isə Yapon dənizinin sahillərində yerləşirdi.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026