• Bakı 15° C

    1.58 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

Ceyhun Bayramov Qazaxıstana təşəkkür edib
 

SİYASƏT

10 May 2024 | 15:37

Ceyhun Bayramov Qazaxıstana təşəkkür edib 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana Ermənistanla sülh danışıqlarına verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısının “X” sosial şəbəkəsindəki hesabında qeyd edilib.

Xatırladaq ki, bu gün Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar başlayıb. Onlar ölkələr arasında sülh müqaviləsinin hazırlanması ilə bağlı müzakirələr aparacaqlar.

Daha əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistanın Almatıda xarici işlər nazirləri səviyyəsində danışıqların aparılmasına dair razılaşmasını alqışlayıb və bu görüşü simvolik adlandırıb.


SON XƏBƏRLƏR

20 May 2024