2024-cü ilin sentyabr ayında Çinin valyuta ehtiyatları 28,2 milyard dollar artaraq 3,3164 trilyon dollar təşkil edib.
Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu, Çin Xalq Respublikasının Valyuta Nəzarəti üzrə Dövlət Administrasiyasının (GUVK) dərc etdiyi məlumatlarda yer alıb.
Məlumata görə, bu ilin avqust ayında Çinin valyuta ehtiyatlarında azalma qeydə alınıb. Lakin sentyabr ayında aktivlərin qiymətlərindəki dəyişikliklər Çinin valyuta ehtiyatlarını artıb.
Gülşən Şərif