• Bakı 18° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

“Çox əsəbiləşdim, sonradan Elvinlə..."

İDMAN

27 Oktyabr 2025 | 09:30

“Çox əsəbiləşdim, sonradan Elvinlə...

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda "Atletik"ə qarşı keçirilən matçda Elvin Cəfərquliyevin müzakirə olunan epizodu barədə danışıb.

Bakıvaxtı.az xəbər verir ki, təcrübəli mütəxəssis müdafiəçini cəzalandırıb-cəzalandırmadığı barədə sualı cavablandırıb. 

"Normal bir qaydada söhbətimiz oldu. Oyun zamanı daha çox əsəbiləşdim. Amma sonradan sakit söhbətimiz oldu. Belə oyunlarda bu cür halların olması normaldır. Bu səviyyədə keçən oyunlarda futbolçuların səhv etməsi təbii ki, normaldır", - o bildirib. 

Qeyd edək ki, Elvin Cəfərquliyev həmin matçda əks-hücum zamanı Emmanuel Addainin yanlış ötürməsindən sonra ona əsəbiləşmişdi və oyuna davam etməyərək komanda yoldaşına etiraz etmişdi.


SON XƏBƏRLƏR

26 Oktyabr 2025