• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Daha 3 yaşayış məntəqəsi təbii qazla təmin olunur

CƏMİYYƏT

06 Sentyabr 2021 | 13:18

Daha 3 yaşayış məntəqəsi təbii qazla təmin olunur

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi kommunal sektorda bir ilkə imza ataraq başlatdığı “Açıq mikrofon” aksiyası artıq öz nəticəsini verməyə başlayıb.

Bakıvaxtı.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, “Səyyar qəbul otağı” paytaxtla yanaşı, bütün bölgələrdə də sakinlərin ixtiyarında olur.

Ötən ay Yardımlı rayonunun Dəlləkli kəndində, Füzuli rayonunun Qarabulaq yaşayış məntəqəsində və Lerik rayonunun Babaküçə kəndində təşkil olunan “Açıq mikrofon” aksiyasından sonra qısa müddət ərzində sözügedən bütün yaşayış massivlərinin qazlaşdırılmasına başlanılıb. İşlər sürətlə davam etdirilir. Bundan sonra da “Açıq mikrofon” aksiyası bütün ölkə üzrə davam etdiriləcək.

Daha ətraflı sosial şəbəkə ünvanından video materialı izləyə bilərsiniz:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026