• Bakı 13° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Daşkəsənə yağan qar bir sıra fəsadlar törətdi

CƏMİYYƏT

16 May 2023 | 00:14 | Müəllif: Subhan Mahmudov

Daşkəsənə yağan qar bir sıra fəsadlar törətdi

Daşkəsən rayonunun Qabaqtəpə, Astaf, Əmirvar, Gurbulaq və Xoşbulaq kəndlərinə yağan qar bəzi fəsadlar törədib.

Bakıvaxtı.az-ın məlumatına görə, vətəndaşların təsərrüfatlarına və fərdi yaşayış evlərinə ziyan dəyib.

Yağan qarın qalınlığı kəndlərdə 5-10 santimetr, yüksək dağ ərazilərində 15-30 santimetr olub.

Qarın yağması elektrikin, suyun, qazın verilişində və rayon mərkəzi ilə kəndlər arasında yollarda qismən problemlər yaratsa da, Daşkəsən Rayon İcra Hakimiyyəti yerli yol istismar idarəsi ilə birgə qabaqlayıcı tədbirlər görür.

Qeyd edək ki, hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026