"Məişət zorakılığının əsas səbəblərindən biri mental dəyərlərimizdir".
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Fazişl Mustafa Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, eyni zamanda, qadının iqtisadi həyatdan məhdud səviyyədə kənara çəkilməsi, işsizliyi zorakılığa məruz qalmasına gətirib çıxarır.
"Yəni, qadınların iqtisadi müstəqilliyinin aşağı səviyyədə olması boşanmalara gətirib çıxarır. Biz narkomanların çoxunu kriminal hadisə törtəmiş kimi həbsxənaya göndəririk, lakin onlar xəstəxanaya göndərilməlidir. Eyni zamanda, məişət zorakılığına məruz qalan qadınlar da sığınacaqlara göndərilməlidir. Necə ki, iqtisadiyyatda dövlətin rolunu azaldırıq, bu istiqamətdə də QHT-lər aktiv məşğul olmalıdır. Qanunvericilikdə bu istiqamətdə köklü dəyişikliklərin edilməsinə ehtiyac var”.
Nuranə Daxilqızı





jpg-1674115236.webp)










