• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Dövlət tenderlərində iştirak edənlər problemlə üzləşdi: Müsabiqənin vaxtı uzadıldı

CƏMİYYƏT

27 May 2023 | 10:54

Dövlət tenderlərində iştirak edənlər problemlə üzləşdi: Müsabiqənin vaxtı uzadıldı

25-26 may tarixlərində ASANDoc sistemində yaranmış problem ilə bağlı tenderlərdə iştirak edən iddiaçılara banklar tərəfindən təminatın verilməsində çətinlik yaşanıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan dövlət satınalmalarının həyata keçirildiyi saytda qeyd edilib.  

“Bu səbəbdən təkliflərin son təqdim olunma tarixi 25 və 26 may olan müsabiqələr içərisində ixtisas sənədlərini təqdim etdiyi halda təklif təqdim edə bilməyən iddiaçılar olan və açılışı edilməyən müsabiqələrdə təkliflərin son təqdim olunma tarixi portal tərəfindən 02.06.2023 17:00-a qədər, təkliflərin açılış tarixi isə 05.06.2023 17:00-a qədər uzadılıb”, - deyə bildirilib. 


ASANDOC NƏDİR?

Pasportların və sertifikatlardan ibarət olan rəqəmsal şəxsiyyət vəsiqələri kimi ənənəvi identifikasiya sənədlərinin müvafiq CA-da (Sertifikat Mərkəzində) və şəxsi açarların smart kartda (Rəqəmsal İD kart) və ya mobil telefonda SIM kartda (Asan İmza və ya Mobil İmza) saxlanması arasındakı əsas fərqlərdən biri, sonuncunun imzaları vermək funksiyasına malik olmasıdır.

ASANDOC XİDMƏTİ

AsanDoc Xidməti SOAP JSON-RPC xidmətidir ki, onun vasitəsilə identifikasiya və rəqəmsal imzalama funksiyası asanlıqla mövcud e-xidmətinə və ya proqrama qoşula bilər. Bu xidmət SOAP JSON-RPC 2.0 dəstəyi olan işlənmə platformalarına müvafiqdir.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026