• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Dünyada koronavirusa yoluxanların sayı açıqlandı

DÜNYA

23 Mart 2021 | 00:23

Dünyada koronavirusa yoluxanların sayı açıqlandı

Dünyada yeni növ koronavirus infeksiyasından ölənlərin və virusa yoluxanların sayı artıq beşinci həftədir ki, ardıcıl olaraq artır. Bu da narahatlığa səbəb olur.

Bakıvaxtı.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fövqəladə proqramındakı COVID-19-a qarşı texniki heyətinin rəhbəri Maria van Kerxove bildirib.

Onun sözlərinə görə, ÜST-nin beş bölgəsindən dördündə koronavirusa yoluxma sayında artım müşahidə edirik. O, qeyd edib ki, Böyük Britaniyada aşkar edilən və daha yüksək yoluxdurma imkanına malik koronavirusun VOC 202012/01 ştammı hesabına Avropada yoluxma sayı 12 faiz artıb.

Koronavirusa yoluxma sayında Şərqi Asiya bölgəsində 49, Şərqi Aralıq dənizi bölgəsində 8, Qərbi Sakit Okean bölgəsində isə 29 faiz artım qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026