• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Dustaqlar kütləvi şəkildə cəzaçəkmə müəssisəsindən qaçdı - Konqoda

DÜNYA

22 Noyabr 2021 | 00:40

Dustaqlar kütləvi şəkildə cəzaçəkmə müəssisəsindən qaçdı - Konqoda

Konqo Demokratik Respublikasının Matadi şəhərində dustaqlar kütləvi şəkildə cəzaçəkmə müəssisəsindən qaçıb.

 

Bakıvaxtı.az-ın xəbərinə görə, səhər saatlarında 2 silahlı şəxs həbsxananın girişinə yaxınlaşaraq nəzarətçiləri tərksilah edib və qapıları açıb.

Bunun ardınca yüzlərlə dustaq həbsxananı tərk edib. Şəhər polis rəisinin məlumatına görə güc strukturları havaya atəş açaraq qaçanlara mane olmaq istəyib. Lakin 300-dən çox dustaq onları tərksilah edib, 2 nəfəri isə yaralayıb. Həbsxanada şənbə gününə olan siyahıya görə 797 dustaq olmalı idi. Hazırda qaçanların siyahısı tərtib edilir.

1939-cu ildə tikilmiş həbsxana 150 nəfər üçün nəzərdə tutulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026