• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Əcdadlarımız Quranı müdafiə etməyiblər" - Kadirovdan SƏRT SÖZLƏR

DÜNYA

07 Oktyabr 2022 | 16:59

"Əcdadlarımız Quranı müdafiə etməyiblər" - Kadirovdan SƏRT SÖZLƏR

Çeçenistan xalqı Rusiyanın maraqlarını, öz adət-ənənələrini və dinini sona qədər müdafiə edəcək.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Çeçenistanın rəhbəri Ramzan Kadırov deyib.

“Dövlətimizin mənafeyini, adət-ənənələrimizi, dinimizi sona qədər müdafiə edəcəyik. Əcdadlarımız əsrlər boyu qanunlara uyğun yaşayıb, Quranı müdafiə etməyiblər ki, bu gün ruhi xəstə avropalılar öz şeytani iyrəncliyini bizə sırısınlar”, - Kadırov bildirib.

O qeyd edib ki, 10 minə yaxın çeçen artıq cəbhə xəttində döyüşür:

“Bu günlərdə xüsusi əməliyyat zonasına əlavə xüsusi təyinatlı alaylar gedəcək. Hər gün bizim dəstələrimizə könüllülər qoşulur. Bu, Əhməd Kadırovun (Çeçenistanın keçmiş rəhbəri - red.) və Vladimir Putinin xəyal etdiyi Rusiya cəmiyyətinin konsolidasiyasıdır”. /Axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026