• Bakı 23° C

    1.15 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Eks-nazir müavininə ev dustaqlığı verildi

HADİSƏ

02 Fevral 2024 | 13:30

Eks-nazir müavininə ev dustaqlığı verildi

İrəvandakı antikorrupsiya məhkəməsi səs-küylü dələduzluq işində əli olan iqtisadiyyat nazirinin keçmiş müavini Ani İspiryanı iki ay müddətinə ev dustaqlığına göndərib.

Bakıvaxtı.az "Hraparak"a istinadən xəbər verir ki, qabaqlayıcı tədbirlə bağlı qərar bu gün səhər saatlarında elan edilib.

Ani İspiryan yanvarın 31-də iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ermənistan Respublikasının İstintaq Komitəsi iqtisadiyyat nazirinin müavini Ani İspiryanın saxlanması barədə məlumat yayıb.

İdarənin mətbuat xidmətindən verilən məlumata görə, İqtisadiyyat Nazirliyinin vəzifəli şəxsləri qabaqcadan əlbir olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər. Xüsusən də “Dövlət investisiya proqramları üzrə bankın yaradılması” tenderinin bir hissəsi olaraq şirkətlərdən birinin rəhbəri ilə əlbir olub, onun rəqibinin iştirakına süni maneələr yaradıblar. Bu iş üzrə 6 nəfər saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026