• Bakı 24° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.148

Əliyar Ağayev “Rakuv”un oyununa təyinat aldı

İDMAN

30 Sentyabr 2023 | 14:19

Əliyar Ağayev “Rakuv”un oyununa təyinat aldı

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə UEFA-dan təyinat alıb.

Bakıvaxtı.az xəbər verir ki, 35 yaşlı ədalət təmsilçisi Polşada yerli “Rakuv” və Avstriyanın “Ştrum” komandaları arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin II tur matçını idarə edəcək.

Qeyd edək ki, oktyabrın 5-də Polşada oynanılacaq qarşılaşma saat 20:45-də başlayacaq.

Xatırladaq ki, “Rakuv” cari mövsüm UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində iki görüşün (3:2;1:1) nəticəsinə əsasən “Qarabağ”ı mübarizədən kənarlaşdırıb. /Report


SON XƏBƏRLƏR

04 Iyun 2025