• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

“Beşiktaş”ın futbolçusu xəstəxanaya yerləşdirildi

İDMAN

29 Oktyabr 2023 | 18:22 | Müəllif: Subhan Mahmudov

“Beşiktaş”ın futbolçusu xəstəxanaya yerləşdirildi

“Beşiktaş” Kamerunlu ulduz futbolçu Vinsent Abubakar qarın ağrısı və yüksək hərarət səbəbiylə xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun saytından 31 yaşlı mərkəz hücumçunun sağlamlıq durumu ilə bağlı verilən açıqlamada bildirilib.

Qeyd olunub ki, idmançı ötən gecəni Acıbadem Altunzade Xəstəxanasında keçirib.

“Abubakarın müayinə və müalicə prosesi davam edir”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, bu mövsüm “Beşiktaş”ın heyətində 18 rəsmi matçda forma geyinən Vinsent Abubakar 11 qol vurub, 3 məhsuldar ötürmə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR