"Konsert ərəfəsində məşq edəndə yadımıza düşdü ki, mikrofon evdə qalıb".
Bakıvaxtı.az xəbər verir ki, bunu Əməkdar artist, müğənni-bəstəkar Elza Seyidcahan "Söhbət var" verilişində deyib.
Onun sözlərinə görə, çətin durumda qalıblar: "Qulaq mikrofonunu unutmuşduq. Pis vəziyyət idi. Yollar tıxac idi. Bəhruz (aktyor - red.) dedi ki, bəlkə şeir deməyək. Bəhruza dedim ki, mən piano çalanda, gəl, məni qucaqla. Mənim mikrofonuma de şeiri. İnanın, o səhnə tamaşaçılar tərəfindən çox sevildi".
Əməkdar artist əlavə edib ki, sənətçi yaradıcı olmalıdır. "Sənətçi üçün "yoxdu" anlayışı olmamalıdır. Hər vəziyyətdən çıxmağı bacarmalıdır. Səhnədə hər vəziyyətdən çıxmaq üçün yaradıcı olmalıdır",
Xəyalə Rza
















