• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Əmək miqrantları koronavirusa qarşı peyvənd olunacaq - Putindən TAPŞIRIQ

DÜNYA

27 Iyun 2021 | 15:29

Əmək miqrantları koronavirusa qarşı peyvənd olunacaq - Putindən TAPŞIRIQ

Rusiya Prezidenti Vladimir Putin ölkədəki əmək miqrantlarının koronavirusa qarşı vaksinasiyasının təşkil olunması barədə tapşırıq verib.

Rusiya Prezidenti hökumətə iyulun 15-nə kimi ölkəyə işləməyə gələn xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan əcnəbilərin vaksinasiyasının təşkil olunmasını tapşırıb.

Dövlət başçısı hökumətə xarici ölkə vətəndaşlarının COVID 19-a qarşı peyvənd olunması üçün maliyyə mənbələrinin müəyyən ediləsi barədə də tapşırıq verib.

Qeyd edək ki, Rusiyada son iki həftə ərzində koronavirusla bağlı vəziyyət gərginləşib. Ölkədə gün ərzində koronavirusa yoluxma halı 20 mini ötüb. Hökumət ölkə əhalisini kütləvi şəkildə koronavirusa qarşı peyvənd olunmağa çağırıb./unikal/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR