• Bakı 22° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Əməkhaqqı fondunda artım qeydə alındı

CƏMİYYƏT

25 Noyabr 2022 | 13:21

Əməkhaqqı fondunda artım qeydə alındı

Məşğulluq imkanlarının artırılmasına, eləcə də qeyri-rəsmi məşğulluğun leqallaşmasına yönələn kompleks tədbirlər əmək müqavilələrinin sayında artım dinamikasının davam etməsi ilə nəticələnir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, bu ilin 10 ayında ölkəmizdə əmək müqavilələrinin sayı 43 min və ya 2,6 faiz artaraq 1 milyon 727 min 909 müqavilə təşkil edib.

Ardıcıl sosial islahatlar, o cümlədən əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım dinamikası əməkhaqqı fondunun da davamlı artımına imkan verib.

2022-ci ilin yanvar-oktyabr aylarında əməkhaqqı fondunda 19 faiz artım qeydə alınıb.

Ümumilikdə son 4 ildə əmək müqavilələrinin sayında 30 faiz, əməkhaqqı fondunda 2,2 dəfə artım baş verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026