"Bəzən müəllim günahı olmadan bullinqə məruz qalır".
Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, nazirlik istənilən məsələnin ört-basdır edilməsini istəmir:
"Təbii ki, hadisə sübuta yetirilərsə, bu barədə müvafiq ölçülər götürürük. Bu barədə də ictimaiyyətə mütəmadi olaraq məlumatlar açıqlayır. Amma təəssüflər olsun ki, bəzən mətbuatda məsələ araşdırılmamış yekun qərar verilir. Ona görə də məsələnin dəqiqləşdirilməsini və nəticəni gözləməyi tövsiyə edirəm. Ən azından etik prinsipləri qorumalıyıq, çünki çox vacib məsələdir. Əgər hadisə baş veribsə, mütləq araşdırılmalıdır və bunun üçün vaxt lazımdır. Həmin vaxt müddətində jurnalistlərin də peşəkar etik qaydalara əməl etməsi yaxşı olardı".
Aytac Aslan