“Azərbaycanda elektrik avtomobilləri üçün 33 enerji doldurma məntəqəsi quraşdırılıb”.
Bakıvaxtı.az xəbər verir ki, bunu "Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit” mövzusunda keçirilən mətbuat konfransında Energetika Nazirliyinin rəsmisi Rauf Qurbanov bildirib.
O qeyd edib ki, 22 enerji doldurma məntəqəsi Bakıda quraşdırılıb: “Bölgələrdə isə Gəncədə, Qubada və Kürdəmirdə enerji doldurma məntəqəsi fəaliyyət göstərir”.
Ramid İbrahimov
















