• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ermənilərin Qarabağa sonuncu alternativ yolu da BAĞLANDI

CƏMİYYƏT

27 Mart 2023 | 16:11

Ermənilərin Qarabağa sonuncu alternativ yolu da BAĞLANDI

Azərbaycan Ordusunun 25 mart tarixində qanunsuz erməni hərb birləşmələrinə qarşı gördüyü əlavə tədbirlər nəticəsində, separatçıların silah-sursat daşıdığı torpaq yol da nəzarətə götürülüb. 

Bakıvaxtı.az xəbər verir ki, Sarıbaba dağı ətrafındakı 2054 metr hündürlüyündə yüksəkliyin nəzarətə götürülməsindən sonra, Turşsu-Xəlfəli yolu separatçıların hərəkəti üçün tamamilə bağlanıb. 

Qeyd edək ki, sözügedən torpaq yol vasitəsilə qanunsuz erməni birləşmələri 25 mart tarixinə qədər Rusiya sülhməramlı kontingentinin gözü qarşısında Ermənistandan Xankəndinə canlı qüvvə ilə hərbi vasitələr daşıyırdı. 

Erməni KİV iddia edir ki, sözügedən yol Qarabağla Ermənistan arasındakı yeganə dağ-meşə yolu idi və hazırda faktiki olaraq ermənilərin Qarabağa alternativ yolu yoxdur.  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026