• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Ermənistan Qarabağın taleyini təyin etmək iddiasında deyil" - Paşinyan

SİYASƏT

10 Yanvar 2023 | 13:58 | Müəllif: Qalib İbrahimoğlu

"Ermənistan Qarabağın taleyini təyin etmək iddiasında deyil" - Paşinyan

"Ermənistan Respublikası Qarabağın taleyini təyin etmək iddiasında deyil".

Bakıvaxtı.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki. bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ermənistan danışıqlar çərçivəsində Qarabağ əhalisinin taleyini müəyyən etmək iddiasında deyil.

Ermənistanın Qarabağın təhlükəsizliyinin təminatçısı olub-olmaması ilə bağlı suala gəlincə, Paşinyan xatırladıb ki, Rusiya sülhməramlı kontingenti məhz İrəvanın razılığı ilə oraya gətirilib.

Baş nazir Ermənistan və Rusiya Müdafiə nazirliklərinin rəhbərlərinin sülhməramlıların mandatı ilə bağlı müvafiq sənəd imzaladıqlarına diqqət çəkib. Onun sözlərinə görə, Ermənistan təhlükəsizliyin təminatçısı rolunu oynayır.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026