• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Fənərbağça" "Qalatasaray"la arasındakı xal fərqini azaldıb

İDMAN

02 Dekabr 2024 | 23:08 | Müəllif: Subhan Mahmudov

"Fənərbağça" "Qalatasaray"la arasındakı xal fərqini azaldıb

Türkiyə Superliqasında "Fənərbağça" lider "Qalatasaray"la arasındakı xal fərqini azaldıb.

Bakıvaxtı.az  xəbər verir ki, ölkə çempionatının XIV turunda doğma meydanda "Qaziantepspor"u qəbul edən "sarı lacıvərdlilər" 3:1 hesablı qələbə qazanıb.

Digər İstanbul təmsilçisi "Beşiktaş" isə səfərdə "Hatayspor"la heç-heçəyə razılaşıb - 1:1.

Qeyd edək ki, ötən gün turnir cədvəlinin vahid lideri "Qalatasaray" "Eyüpspor"la 2:2 bərabərə qalaraq xallarının sayını 35-ə çatdırıb. "Fənərbağça" 32 xalla ikinci, "Beşiktaş" isə 22 xalla beşinci sırada qərarlaşıb


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026