• Bakı 8° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Fənərbağça" xeyriyyə matçında Ukrayna klubuna qalib gəlib

İDMAN

19 Aprel 2022 | 22:00

"Fənərbağça" xeyriyyə matçında Ukrayna klubuna qalib gəlib

Türkiyənin "Fənərbağça" və Ukraynanın "Şaxtyor" (Donetsk) komandaları arasında xeyriyyə oyunu keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, "Ülker" stadionunda baş tutan qarşılaşma İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 26-cı dəqiqədə Enner Valensiya vurub.

Start fitindən öncə Ukraynadakı müharibə səbəbindən dünyasını dəyişən insanların xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Qeyd edək ki, bilet satışından əldə edilən bütün gəlir müharibədən əziyyət çəkən insanlara sərf olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR