• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Futbolçu arı uddu - Bu gün vacib oyunu buraxacaq

İDMAN

21 Sentyabr 2023 | 19:24 | Müəllif: Subhan Mahmudov

Futbolçu arı uddu - Bu gün vacib oyunu buraxacaq

Avstriyanın "Şturm" klubunun yarımmüdafiəçisi Javi Serrano UEFA Avropa Liqasının qrup mərhələsinin bu gün keçiriləcək ilk tur matçını buraxmalı olacaq.

Bakıvaxtı.az xəbər verir ki, o, məşq edərkən havada uçan arını udub. Futbolçunun şişməsinin qarşısını almaq üçün dərhal boynuna buz paketi qoyulub. Bundan sonra 20 yaşlı idmançı xəstəxanaya aparılıb. Məlum oldu ki, Serranonun arılara qarşı allergiyası yoxdur, lakin ona müvafiq terapiya verilib.

Serrano icarə əsasında "Şturm"da oynayır, özü də İspaniyanın "Atletiko Madrid" klubuna məxsusdur.

Bu gün "Şturm" UEFA Avropa Liqasında Portuqaliyanın "Sportinq"i ilə qarşılaşacaq./yenisabah


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026