• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Füzuliyə qanunsuz getmək istəyən şəxs həbs edildi

CƏMİYYƏT

30 Oktyabr 2021 | 17:04 | Müəllif: Subhan Mahmudov

Füzuliyə qanunsuz getmək istəyən şəxs həbs edildi

Oktyabrın 28-də Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinə getməyə cəhd edən şəxs həbs edilib.

DİN Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, rayonun Əhmədbəyli kənd sakini M.Möhsümzadə “VAZ-2106” markalı avtomobillə Alxanlı kəndi ərazisində və Füzuli şəhəri ərazisində yerləşən nəzarət postlarında tabesizlik göstərərək işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərib.

Buna görə saxlanılan M.Möhsümzadə barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə protokol tərtib edilib. O, məhkəmə tərəfindən 25 gün müddətinə inzibati qaydada həbs edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026