Oktyabrın 10-na keçən gecə Rusiya Silahlı Qüvvələri “Şahed-136/131” tipli kamikadze pilotsuz təyyarələrdən istifadə edərək Ukraynaya hücum edib, 36 PUA-dan 26-sı məhv edilib.
Bakıvaxtı.az-ın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər hesabatında bildirilib.
Məlumata görə, Ukrayna hava hücumundan müdafiə qüvvələri və vasitələri düşmənin 36 PUA-dan 26-nı məhv edib.
Baş Qərargahdan o da bildirilib ki, 24 saat ərzində Ukrayna qoşunlarının mövqelərinə, mülki obyektlərə 1 raket və 63 hava zərbəsi endirilib. Şəxsi yaşayış binaları və digər mülki infrastruktur dağıdılıb və zədələnib.
Murad Məmmədli
















