• Bakı 22° C

    3.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Gəncədə 15 iyulla bağlı tədbir keçirilib

CƏMİYYƏT

15 Iyul 2024 | 15:20 | Müəllif: Əli Hüseynov

Gəncədə 15 iyulla bağlı tədbir keçirilib

Gəncədə 15 iyul Demokratiya və Milli Birlik Günü ilə əlaqədar tədbir keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Rəcəb Öztop, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rəcəb Öztop çıxış edərək bildirib ki, Türkiyə 15 iyul gün böyük fəlakətlə qarşılaşmışdı. Lakin, xalq və dövlətin birliyi bu hadisənin qarşısını ən qısa zamanda aldı. Türk milləti öz cəsurluğunu sübut edərək son ana qədər mübarizə apardı və mənfur cəhdin qarşısını aldı.

Çıxış edən Gəncə şəhər icra hakimiyyətinin rəhbəri Nizami Bayramov türk xalqına qarşı törədilmiş bu çirkin əməlin Azərbaycan tərəfindən həmişə qınanıldığını diqqətə çatdırdı. Ölkə başçısı İlham Əliyevin bu mövzuda Türkiyə dövlətinə dəstəyini ifadə etdiyini vurğulayan Nizami Bayramov çıxışının sonunda şəhidlərin əziz xatirəsinin daim yaşayacağını qeyd edib. 

Çıxışlardan sonra 15 İyul – Türkiyənin Demokratiya və Milli Birlik Günü ilə bağlı videoçarx nümayiş etdirilib.

Tədbirin davamı olaraq Gəncənin Ekoloji Park Kompleksinin ərazisində şəhidlərin xatirəsinə ağac əkilib. / Report 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026