• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Gömrükçülər Gürcüstandan gələn avtomobildən dərman vasitələri müsadirə etdi - FOTO

HADİSƏ

16 Dekabr 2021 | 15:50

Gömrükçülər Gürcüstandan gələn avtomobildən dərman vasitələri müsadirə etdi - FOTO

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında külli miqdarda dərman preparatlarının Azərbaycan gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısı alınıb.

Bu barədə Bakıvaxtı.az-a DGK-dan məlumat verilib.

Belə ki, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn “Scania” markalı yük avtomobili saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.
Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı yük nəqliyyat vasitəsində müxtəlif adda 347 qutu və 211 flakon dərman vasitələri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Gömrükçülər Gürcüstandan gələn avtomobildən dərman vasitələri müsadirə etdi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026