• Bakı 15° C

    1.47 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Gürcüstanda TORPAQ SÜRÜŞMƏSİ: Ölənlər var - YENİLƏNİB

DÜNYA

08 Sentyabr 2023 | 14:28

Gürcüstanda TORPAQ SÜRÜŞMƏSİ: Ölənlər var - YENİLƏNİB

Gürcüstanın Quriya bölgəsində torpaq sürüşməsi zonasında daha bir nəfərin meyiti tapılıb.

Bakıvaxtı.az xəbər verir ki. bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, bununla da təbii fəlakət bölgəsində ölənlərin sayı 2-yə çatıb.

    Fəlakət nəticəsində itkin düşən bir yeniyetmənin axtarışları davam edir.

    ***

    10:31

    Güclü yağışlar Gürcüstanın Quriya və Acarıstan regionlarında torpaq sürüşməsinə səbəb olub.

    Bakıvaxtı.az xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yayıb.

    Bildirilib ki, qurumun bölmələri fəlakət bölgəsinə səfərbər ediliblər və hazırda sürüşmə nəticəsində itkin düşdüyü bildirilən üç nəfərin axtarışları davam etdirilir. Məlumata görə, itkin düşənlərdən ikisi azyaşlıdır.

    Qeyd olunub ki, Quriya və Acarada güclü yağışlar həmçinin daşqınlara səbəb olub, DİN-in 112 “qaynar xətt”inə 100-dən çox yardım çağırışı daxil olub.

    Yağış səbəbilə yaşayış evlərinin su altında qaldığı, ağacların qırıldığı, torpaq uçqunu səbəbilə Quriya regionunun bəzi kəndləri ilə əlaqənin kəsildiyi qeyd olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    02 Noyabr 2026