• Bakı 23° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Hacı Mövsüm azadlığa çıxdı

CƏMİYYƏT

19 Yanvar 2023 | 10:53

Hacı Mövsüm azadlığa çıxdı

Azərbaycan İslam Partiyasının sədri, Hacı Mövsüm kimi tanınan Mövsüm Səmədov azadlığa çıxıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar. M.Səmədovun bu gün səhər saatlarında cəzaçəkmə müəssisəsindən buraxıldığı bildirilir.

Qeyd edək ki, 2011-ci ildə həbs olunan Hacı Mövsüm 12 il müddətə azadlıqdan məhrum edilmişdi.

M.Səmədov mütəşəkkil dəstə halında cinayətə hazırlıq, odlu silahdan istifadə etməklə cinayətə hazırlıq, qanunsuz silah saxlama və hakimiyyəti zorla ələ keçirməyə görə ittiham olunmuşdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR