• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Hacıqabulda Əmək yarmarkası keçirildi - FOTOLAR

CƏMİYYƏT

05 Dekabr 2024 | 16:20 | Müəllif: Qalib İbrahimoğlu

Hacıqabulda Əmək yarmarkası keçirildi - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən Əmək yarmarkası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Əmək yarmarkası bu gün Hacıqabul şəhərində 11 işəgötürənlə ilə birgə təşkil olunub.

Tədbirdə Agentliyin, tərəfdaş şirkətlərin rəhbər şəxsləri və əməkdaşları iştirak edib. İşəgötürənlər tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilib, işsiz və işaxtaran şəxslərə 107 boş iş yerləri (əməkhaqqı 350-1000 manat aralığına) təqdim olunub.

Filial tərəfindən təqdim olunmuş vakansiyalara dair tələblər təhlil olunaraq işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan 200 vətəndaşla iş aparılmış, uyğun namizədlər tədbirə cəlb edilib. Cəlb edilmiş şəxslər sirasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər yer almaqdadır.

İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.


Hacıqabulda Əmək yarmarkası keçirildi - FOTOLARHacıqabulda Əmək yarmarkası keçirildi - FOTOLARHacıqabulda Əmək yarmarkası keçirildi - FOTOLARHacıqabulda Əmək yarmarkası keçirildi - FOTOLARHacıqabulda Əmək yarmarkası keçirildi - FOTOLARHacıqabulda Əmək yarmarkası keçirildi - FOTOLARHacıqabulda Əmək yarmarkası keçirildi - FOTOLARHacıqabulda Əmək yarmarkası keçirildi - FOTOLARHacıqabulda Əmək yarmarkası keçirildi - FOTOLARHacıqabulda Əmək yarmarkası keçirildi - FOTOLARHacıqabulda Əmək yarmarkası keçirildi - FOTOLARHacıqabulda Əmək yarmarkası keçirildi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026