• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Hadisənin keçmiş əri danışdı: "Bunu etdiyim üçün utandım"

CƏMİYYƏT

13 Dekabr 2022 | 12:28 | Müəllif: Qalib İbrahimoğlu

Hadisənin keçmiş əri danışdı: "Bunu etdiyim üçün utandım"

Məşhur müğənni Hadisə ilə boşanma prosesində iş adamı Mehmet Dinçerler haqqında bir çox iddialar səsləndirildi. Deyilənlər barədə heç nə danışmayan Dinçerlər sükutu pozaraq bütün iddialara cavab verib.

Bakıvaxtı.az xəbər verir ki, "A Para"da "Ulduzlu söhbətlər"in qonağı olan Dinçerler “Saxta üzüklə bağlı bir xəbər var. Bu hadisə ilə bağlı həqiqət nədir” sualına belə cavab verib: “Bu, məni nüfuzdan salmaq üçün ortaya atılan şaiyələrdir"

“Sən xırda şeylərin dalınca qaçan birisən? Məsələn, robot tozsoran və ya nimçə arxasında” sualını cavablandıran tanınmış iş adamı bunu əslində, gülməli xəbər adlandırıb.

Aparıcının "İllər əvvəl paylaşdığınız tvitlərin həqiqəti nədir” sualına isə Mehmet Dinçerler belə cavab verub:  "Bu, iyirmi yaşlarında məsuliyyətsiz bir gəncin yazdığı cəfəngiyyatdır. Bunu etdiyim üçün utandım. Hətta bunu görən kimi sosial media hesablarımı bağladım".

Aytac Aslan


Hadisənin keçmiş əri danışdı: "Bunu etdiyim üçün utandım"Hadisənin keçmiş əri danışdı: "Bunu etdiyim üçün utandım"
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR