• Bakı 17° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9802

    RUB - 2.3836

Həbs cəzası çəkmək üçün könüllü təslim oldu - VİDEO

DÜNYA

02 Iyun 2026 | 18:36

Həbs cəzası çəkmək üçün könüllü təslim oldu - VİDEO

İranda etirazlar zamanı çəkilmiş videogörüntü səbəbindən 10 il azadlıqdan məhrum edilən musiqiçi və fotoqraf Məsud Piyahu cəzasını çəkmək üçün könüllü olaraq həbsxanaya gedəcəyini açıqlayıb.

Bakıvaxtı.az 
 xəbər verir ki, Piyahu video müraciətində çərşənbə axşamı təslim olacağını bildirib.

Söhbət yanvar ayında ölkədə baş verən kütləvi etirazlar zamanı çəkilmiş və geniş yayılmış bir görüntüdən gedir. Həmin videoda polis və xüsusi təyinatlı qüvvələrin qarşısında diz çökmüş bir etirazçı əks olunub.

Görüntü yayımlandıqdan sonra həm etirazçılar, həm də təhlükəsizlik qüvvələrinə qarşı müqavimət simvolu kimi sosial şəbəkələrdə geniş rezonans doğurub. Məhkəmə isə həmin görüntünün yayılmasında roluna görə Məsud Piyahuya 10 il həbs cəzası verib.

 


SON XƏBƏRLƏR