HƏMAS Siyasi Bürosunun üzvü İzzat ər-Rişk İsrailin Qəzza zolağında yeni nasist Holokostu həyata keçirdiyini bəyan edib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, HƏMAS Siyasi Bürosunun üzvü İzzət ər-Rişk Qəzza zolağının mərkəzi hissəsindəki Deyr əl-Bələh şəhərindəki Əqsa Şəhidləri Xəstəxanası şəhərciyində məcburi köçkün fələstinlilərin qaldığı çadırları İsrail ordusunun bombalaması ilə bağlı yazılı açıqlama verib.
İsrail ordusunun 4 nəfərin öldüyü, 40 nəfərin yaralandığı, əksəriyyəti ağır yanaraq yaralanan bu hücumu ABŞ silahları ilə beynəlxalq ictimaiyyətin acizliyi sayəsində reallaşdırdığını bildirən Rişk bildirib:
“Sionist ordusunun hücumu ilə Deyr əl-Belahdakı Əqsa Şəhidləri Xəstəxanasındakı köçkünlərin çadırları dağıdılır".
Həmçinin, o, əlavə edib ki, baş verənlər yeni növ holokostdur.
Əli Hüseynov















